Sosial mediada saxta ianə hesabları indi xüsusi proqram vasitəsi ilə aşkar olunur

Sosial mediada saxta ianə hesabları indi xüsusi proqram vasitəsi ilə aşkar olunur

1 Mart 2023 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən məlum zəlzələlərdən sonra sosial mediada ianə və yardım adı altında fırıldaqçılıq cəhdlərinin artmasının ardından "TÜBİTAK BİLGEM" elmi araşdırma mərkəzi yeni sistem istifadəyə verib. Tədqiqatçıların iki gün ərzində ərsəyə gətirdikləri sistem İnformasiya Texnologiyaları və Rabitə Qurumlarının istifadəsinə verilib.

“Twitter Data Analysis və Fraud Detection” adlanan və hazırda yalnız Twitter-də işləyən proqram “AFAD”, “Kızılay”, “AKUT”, “AHBAP” kimi açar sözlər olan tvitləri skan edərək, içindəki IBAN-ların həqiqi İBAN-lara aid olub-olmamasını sürətlə yoxlayır. Yardım toplamaq icazəsi olmayan hesab nömrələri proqram təminatı tərəfindən “şübhəli” kimi qeyd olunur və istifadəçiyə göstərilir.

Ekspert araşdırmaçı kimi çalışan İlknur Dönmez bildirib ki, bu sistemin tətbiqindən sonra bəzi fırıldaqçı adamların sosial mediada yardım təşkilatlarının adından istifadə edərək hesab nömrələrinə pul yatırılmasını tələb etdikləri üzə çıxıb. TÜBİTAK-ın mövzu ilə bağlı hazırladığı proqramdan danışan Dönmez, rəsmi qurumlara aid olmayan IBAN-ları ehtiva edən Twitter yazılarını açar sözlərdən istifadə edərək müəyyən etmək üçün sürətlə işə başladıqlarını qeyd edib. Proqramı 11 nəfərlik heyətlə iki gündə tamamlayıb çatdırdıqlarını izah edən Dönmez, "Biz onu bir internet xidməti vasitəsilə xarici girişə açdıq qoymuşuq. BTK proqrama daxil olur və şübhəli olaraq qeyd etdiyimiz tvitlərin həqiqətən şübhəli olub olmadığını yoxlayır və lazımi tədbirləri görür” deyə bildirib.

Proqramın tvitlərdə həm mətn sahələrini, həm də əlavə edilən şəkilləri birlikdə qiymətləndirdiyini qeyd edən Dönmez, sözlərini belə davam etdirib:

"Əvvəlcə şəkilləri optik skan sistemlərindən keçirərək mətnə ​​çevirir. Beləliklə, həm mətndə, həm də şəkildə AFAD, AKUT, Kızılay, AHBAP kimi açar sözləri tapır. Bundan əlavə, əgər varsa, IBAN-ları çıxarır. Daha sonra həmin IBAN-ların aidiyyatı qurumlara aid olub-olmadığı yoxlanılır. Şübhə aşkar olunarsa, onlar sistem tərəfindən xüsusi qeyd olunur. Hələlik açar sözlərdən ibarət 1 milyon 500 min tvit skan edilib. Onlardan 1000-i şübhəli kimi qeyd edilib”.

Proqramın hələlik yalnız Twitter-də işlədiyini, lakin gələcəkdə daha geniş sosial media sahələrinə çatmağı hədəflədiklərini ifadə edən Dönmez, gələn bildirişlərlə proqramı təkmilləşdirməyi planlaşdırdıqlarını da əlavə edib.

Murad Şahməmmədov