Günlərdir dağıntılar altında qalan qayınanası üçün kömək çağırıb

Günlərdir dağıntılar altında qalan qayınanası üçün kömək çağırıb

14 Fevral 2023 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış aktyor Çağrı Çıtanakın anası Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələdə dağıntılar altında qalıb. Günlərdir anasının tapılması üçün kömək istəyən aktyorun aldığı acı xəbər onu sarsıdıb.

Fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfada dağıntılara səbəb olub. Həmkarı Başak Gümülçinelioğlu ilə evli olan aktyor Çağrı Çıtanakın anası da zəlzələdən yaralanıb. Günlərdir sosial media hesablarından anaları üçün hamını köməyə çağıran cütlük bəd xəbər alıblar.

Günlərdir dağıntılar altında qalan qayınanası üçün kömək çağıran Başak Gümülcinelioğlu, ötən gün iş zamanı bir nəfərdən səs gəldiyini və onları əldə etməyə çalışdıqlarını söyləyərək göz yaşlarına boğuldu. Dağıntılar altından çıxardı. Əvvəldən proseslə bağlı tez-tez paylaşımlar edən gözəl aktyor bu gün acı xəbəri verib. İnstaqram hesabında paylaşım edən Gümülcinelioğlu, "Anamı itirdik..." deyib.

Murad Şahməmmədov