Rusiyada İran dronları yığılacaq və ya "Əfqanistan ssenarisi" Kremli məhvə aparır

Rusiyada İran dronları yığılacaq və ya "Əfqanistan ssenarisi" Kremli məhvə aparır

8 Fevral 2023 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və İran Tatarıstanın Elabuga şəhərində 6 minə yaxın İran istehsalı dronunun istehsalı üçün müəssisənin işinin təşkili üçün planlar hazırlayır.

Oxuməni.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin ehtiyacları üçün İran dronları və ballistik raket istehsalının genişləndirilməsi ilə bağlı Moskva ilə Tehran arasında razılıq ötən ilin yayında əldə edilib. O vaxt MoskvaTehran üçün bir milyard dollarlıq kredit xətti açıb. Həmin vaxt Rusiya ərazisində belə bir zavodun inşası barədə heç bir söhbət getmirdi. Lakin belə bir zavodun nə vaxt inşa edilib başa çatdırılacağı da məlum deyil. Çünki dron istehsalı üçün zavodun inşası bir neçə il vaxt apara bilər.

Hər halda, dron zavodunun işə salınması asan məsələ deyil. Ola bilsin ki, əvvəlcə zavodda İrandan gətirilən avadanlıqlarla dronlar Rusiyada yığılacaq və sonra üzərinə "Rusiyada istehsal edilib" sözləri yazılacaq. Bütün bunlar da göstərir ki, Rusiya Ukrayna ilə uzunmüddətli müharibəyə hazırlaşır və bunun hansı nəticələrə gətirib çıxara biləcəyini Putin anlamır və ya anlmaq istəmir. Hərbi ekspertlərin fikrincə, Rusiyanın Ulraynaya müdaxiləsi SSRİ-nin Əfqanıstana təcavüzünü xatırladir və hadisələr oxşar ssenarilər üzrə davam edir. Bütün bunlar isə onu göstərir ki, SSRİ-nin varlığına son qoyan "Əfqanistan ssenarisi"nin Ukraynada davam etdirilməsi Rusiya dövlətinin məhvinə aparır.

Əziz Mustafa