KASIBLARIN KRALI
2,5 milyard dollar sərvəti ilə Mərakeş kralı VI Məhəmməd dünyanın ən varlı monarxlarından biri hesab olunur. Xəzinəni öz istəyi ilə idarə edən dövlət başçısı özü və ailəsi üçün heç bir xərcə tərəddüd etmədən, çəkinmədən idarəçiliyini davam etdirir.
Hər il yalnız onun cib xərcləri üçün 40 milyon dollar ayrılır. Qarajında Maybach, Aston Martin, Ferrari və onlarla digər lüks və tənzimlənmiş avtomobillər var. 1,2 milyon dollara almazlı ağ qızıl saat taxan, 12 sarayın saxlanmasına inanılmaz məbləğlər xərcləyən, üç Michelin ulduzlu restoranlarda nahar edən və 300 nəfərlik bir dəstənin müşayiətilə xaricə səfər edən monarx haqqında bu yazı vasitəsilə maraqlı məlumat verəcəyik.
Kasıbların kralı və absurd xərclər
Alauitlər sülaləsinə aid olan Məhəmməd VI bən Əl-Xəsən 21 avqust 1963-cü ildə Mərakeşin paytaxtı Rabat şəhərində anadan olmuşdur.
Mərakeş kralı II Həsənin böyük oğlu olan Məhəmməd ailənin ikinci uşaqdır. 1999-cu ildə atasının ölümündən sonra Məhəmmədin inauqurasiyası keçirilib və orada onu əhaliyə iqtisadiyyatı inkişaf etdirəcəyi vədlərinə görə “yoxsulların kralı” kimi təqdim ediblər. Alauitlər sülaləsinin 18-ci kralıdır. Alauitlər sülaləsi 1666-cı ildən başlayaraq Mərakeşin hakimiyyətini öz əllərində saxlayırlar. VI Məhəmməd 2,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı monarxlarından biri hesab olunur və iqtisadiyyatın bütün aparıcı sahələrini- ölkənin baş bankiri, sığortaçısı, ixracatçısı və kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi əsas sektorları öz əlində cəmləşdirib. Onun qarajında “Maybach”, “Aston Martin”, “Ferrari” və onlarla digər dəbdəbəli və tuninq avtomobillər var. Dəyəri 1,2 milyon dollar olan brilyantlarla bəzədilmiş ağ qızıldan saat taxan monarxın həyatının təfərrüatları çoxlarını təəccübləndirir.
Beləliklə, o, ildə bir milyon yarım dolları ev heyvanları üçün yeməyə xərcləyir və kral qarderobuna iki dəfə çox pul xərcləyir. Məsələn, bir dəfə Məhəmməd London butiklərindən birində 55 min dollara kaşmir palto alıb. Ümumiyyətlə, kral üç ulduzlu “Mişlen” restoranlarda şam edir, xarici səfərlərə 300 qulluqçu və dostlarından ibarət bir dəstənin müşayiəti ilə gedir, onlar üçün ayrıca təyyarələr sifariş olunur. Və kral laynerinin özündə şəxsi idman zalı var. Kralın özünə 12 saray məxsusdur ki, onlara külli miqdarda pullar xərclənir. Onlardan yalnız dördündən istifadə etməsinə baxmayaraq, bütün digər saraylar da bəzədilmiş halda həmişə onun qəfil gəlməsinə hazır olmalıdır. Pəncərədən kənarda hava şəraitindən asılı olmayaraq, otaqlarda 17 dərəcə temperatur saxlanılır. Bu cür yaşayış yerlərinin saxlanılması gündə təxminən 1,5 milyon dollara başa gəlir. Monarxın yaşayışı Mərakeş vergi ödəyicilərinə ildə 353 milyon dollara başa gəlir ki, bu da, Britaniyanın dünyasını dəyişən kraliçası II Yelizavetaya xərclələnlərdən 18 dəfə çoxdur.
VI Məhəmmədin lüks sevgisi hər şeydə özünü göstərir. “Demək olar ki, hər səhər köməkçilərindən sarayın girişinə onlarla qəşəng maşınlarının gətirilməsini tələb edir ki, bu gün hansının gedəcəyinə qərar verə bilsin. Kral Məhəmmədin və onun yaxın ətrafının sevimli istirahət yeri yerli Royal Mansour oteli idi.
Əvvəlcə qapalı bir kral iqamətgahı olaraq planlaşdırılırdı, lakin sonra bu yeri bir otelə çevirmək qərarına gəldilər. Üç yarım hektar ərazini 53 üçmərtəbəli villa tutur. Hər qonağa-ümumiyyətlə, monarxın dostları üçün doqquz qulluqçu və bir eşikağası verilir. Tətil edənlərə ən rahat şərait yaratmaq üçün xidmət işçilərinin özü qonaqların gözlərinə görünmür. Bunun üçün otelin ərazisində yeraltı tunellər sistemi hazırlanıb. İçəridə-dəbdəbəli interyer-mərmər mozaika, əl işi olan xalçalar, hovuz və divanlı terraslar. Həyətdə fəvvarələr və ilk yağış damcılarında avtomatik olaraq sürüşən toxunma nəzarəti olan geri çəkilə bilən şüşə dam var. Tipik olaraq, monarxın qonaqları və padşahın özü müəyyən prosedurlarla vaxt keçirirlər: hamamları, gözəllik salonlarını ziyarət edir, masaj etdirirlər. Axşam saatlarında Məhəmməd dostları ilə birlikdə Royal Mansour ərazisində yerləşən restoranlardan birinə gedir. İki-üç Michelin ulduzu alan Paris elit müəssisələrinin aşpazları orada işləyirlər.
Zoluşka hekayəsi
Hal-hazırda monarxın şəxsi həyatı sirrlə örtülmüşdür. 2002-ci ilin mart ayında evlənmədən əvvəl, 38 yaşlı kral yalnız səs-küylü partiyalar və lüks avtomobillərlə maraqlanan bir Playboy kimi tanınırdı. 24 yaşlı informasiya texnologiyaları mütəxəssisi Lalla Salma ilə görüşü monarxda ona qarşı sevgi yaradır və onlar ailə həyatı qururlar. Bu nikahdan bir oğul və bir qızları olan ailənin evlilikləri 16 il davam etdi. 2018-ci ildə onlar boşandılar, cütlüyün yollarının ayrılmasına nəyin səbəb olduğu bilinmir. Toydan əvvəl əhali arasında söhbət gəzirdi ki, onların romantikası Zoluşka haqqında nağıl kimidir: ağıllı bir ailədən olan, lakin nəcib mənşəli olmayan bir qız kralla evləndi. Monarxın arvadı olduqdan sonra, Salma kraliça adını almadı-ona şahzadə statusu verildi. Toydan əvvəl Lalla gələcək həyat yoldaşından bir vəd olaraq söz aldı: onun üçün birdəfəlik ilk və yeganə həyat yoldaşı olmalıdır. Salma yerli ənənələri bir çox cəhətdən pozdu-əri ona aktiv sosial həyat sürməyə icazə verdi. Onların toy mərasimindən ilk birgə fotoşəkili dərhal bütün dünyanı bürüdü. Bu şəkildə gəlinin qızıl tikmə ilə bəzədilmiş qarlı ağ xalatı almaz sırğalar və qiymətli baş bəzəyi ilə tamamlanır. Salma bahalı Milli Mərakeş kaftanları geyinməyi və on minlərlə dollara başa gələn Avropa kostyumlarını sevirdi. Mərakeş kralının həyat yoldaşının hansı geyimdə təmsil olunmasından asılı olmayaraq, üzərində bahalı zinət əşyaları olurdu.O, brilyant və zümrüd qaşlı böyük sırğalar asır, parlaq mavi tanzanitlərdə gəzməyi xoşlayırdı. Çox vaxt şahzadə inci və qızılla bəzədilmiş kəmərlər də taxırdı. Kral və keçmiş həyat yoldaşı normal bir münasibət qurmağı bacardılar: Lalla Salma Rabatda yaşayır və tez-tez uşaqlarla görüşmək üçün kral iqamətgahına gəlir.
Milyon dollardan bahalı saat
2020-ci ilin yanvar ayında kralın Marakeşdəki iqamətgahlarından birində işləyən 46 yaşlı təmizlik işinə baxan işçi, hər biri ən azı 20 min dollara başa gələn on qol saatı oğurladığına görə 15 il həbs cəzasına məhkum edildi. Qadın Krala məxsus əşyaları satmağı bacarmışdı. Saat alıcıları da cinayətdə ortaq olduqlarına görə dörd il həbs cəzasına göndərildilər. Ancaq Bunlar Məhəmmədin ən bahalı saatlarından uzaq idi. Onun 1,2 milyon dollarlıq bahalı almazla bəzədilmiş ağ qızıldan olan saatı oğurlanmamışdı. Bahalı maşın və brilyant saatlardan başqa, Kral rəsm və yaxtalar almağı da sevir. 2019-cu ilin sentyabrında monarxın hakimiyyətdə olmasının 20 illiyi şərəfinə yeni bir gəmi-70 metrlik Badis 1 yaxtası əldə edildi. Yerli medianın yazdığına görə, yaxta əvvəllər onu Mərakeş hökmdarına 88 milyon avroya satan milyarder Bill Dukerə məxsus idi. Eyni zamanda, yeni gəminin alınmasından bir müddət əvvəl monarx 62 metrlik yaxtasını təmir etdirmişdi.
Hazırladı: İsa Rəvan