“Prezidentdən başqa heç bir Tanrı yoxdur”, məktəbləri bağlatdıran, ağıllıları parçalatdıran Afrikanın ən dəli diktatoru

“Prezidentdən başqa heç bir Tanrı yoxdur”, məktəbləri bağlatdıran, ağıllıları parçalatdıran Afrikanın ən dəli diktatoru

1 Dekabr 2022 16:18
289
Bəyəndim (0) Bəyənmədim (0)

Ekvatorial Qvineyanın ilk prezidenti Fransisko Macias Ngema uşaqlıq dövründə çox istəksiz bir şəkildə məktəbə gedir. Və o, yalnız hecalardan oxumağı öyrənir və ömrünün sonuna qədər yazı yaza bilmir. Lakin savadsızlıq ona başgicəlləndirici karyera qurmağa mane olmur. İspan müstəmləkə Administrasiyasında karyerasını məhz müstəmləkə rejiminə şəxsi sədaqətini və sadiqliyini ifadə etməsi sayəsində əldə edə bilir. O, hər yerdə deyir ki, ispanların bu Afrika ölkəsindəki rejimi yeganə düzgün rejimdir. Onun bu sədaqəti ispanların da diqqətindən qaçmır. Macıas Ngema üç dəfə dövlət qulluqçusu olmaq üçün hüququ cəhətdən imtahan verməyə çalışsa da, bunu bacarmır. Yalnız dördüncü dəfə, İspan məmurlarının köməyi ilə o, məqsədinə çatır. 1968-ci ilin oktyabrında Ekvator Qvineyanın müstəqilliyi elan edildikdə Macias Ngema koalisiya hökumətinə başçılıq edir.

Nəticədə, 36 il ərzində Macias Ngema doğma şəhərində Bələdiyyə Başçısı, sonra isə Ekvatorial Qvineya İspan koloniyası olmaqdan səkkiz il sonra o, prezident kürsüsündə oturur. Əvvəlcə ispanlar əmin idilər ki, sükan arxasında onların kukla hesab etdikləri adam durur, ona görə də öz gələcəkləri haqda narahat olmurlar. Lakin onlar heç təsəvvür edə bilmədikləri qədər yanılırlar. O, ölkə başçısı postunda oturandan sonra onun ilk fərmanı yadelli işğalçıları xalqın düşməni elan etmək oldu. 1969-cu ilin fevral ayında Macias Ngema binalardan asılmış İspan bayraqlarını endirtdirib, formal bəhanə gətirərək İspan əhalisinə qarşı kəskin şəkildə yönəldilmiş nitq söyləyir. Nəticədə, Afrika gəncləri küçələrə axışır və ispanlara qarşı basqınlar başlayır. İspanlar gecənin ortasında küçəyə çıxa bilər, ən yaxşı halda sadəcə döyülə bilər, ən pis halda məhkəmə və istintaq olmadan onlara qarşı hökm icra edilə bilər. 1969-cu ilin mart ayının sonunda Ekvator Qvineyada qalan 7000 ispanların böyük əksəriyyəti həyatlarından qorxub bütün əmlaklarını, lüks villalarını, ən qiymətli və zəngin olan qəhvə və kakao əkin sahələrini tərk edərək ölkədən qaçırlar. İspanlara kömək etməyə çalışanlar xüsusi qəddarlıqla öldürülür, nazirlər gecə ikən yox edilirlər. Siyasi rəqiblərini təqib etmək üçün qeyri-məhdud imkanlar əldə edən Macias Ngema terror kampaniyasına başlayır.

Haqsızlıqda şübhələnən hər kəs dərhal həbs edilir və ya öldürülür. Müstəqillik əldə etdikdən sonra Ekvatorial Qvineyada 300 min adam yaşayırdı. Onun hakimiyyəti dövründə, 11 il ərzində əhalinin sayı üçdə iki azaldı. Ölkədə 50 min nəfər insan öldürülmüş, 125 min nəfər isə xaricə qaçmışdır. Ölkə qaranlığa qərq olmuşdu. Prezident elektrik enerjisini kəsdirir, dükanlarda ərzaq, evlərdə su, elektrik, yanacaq yox idi. Ölkədə heç bir kitabxana və teatr qalmamışdı. Bütün KİV-lərdən yalnız bir hökumət qəzeti mövcud idi. O, 1969-cu ilin fevral ayından özünü məhdudiyyətsiz prezident elan etdi. Terror və repressiyalar bütün ölkəni bürümüşdü. Diktator keçmiş arvadlarının və məşuqələrinin yeni sevgililərini güllələməyi əmr edir. Xarici ölkələrə səfərlərlə getməzdən əvvəl o, mütləq bir neçə dustağı edam etdirirdi ki, qalanları onun yoxluğu zamanı dövlət çevrilişi etməyə cəhd etməsinlər. Bu siyasətin nəticəsi olaraq ölkədə təhsilli insanlar demək olar ki, yox idi. Onların çoxu ya edam edilmiş, ya da ölkədən qaçmışdılar. 1970-ci illərin ortalarında ölkədə ali təhsil almış on nəfərdən artıq vətəndaş qalmamışdı. Respublikada heç bir ali məktəb yox idi. Məktəblər bağlanmış, institutlar və texniki məktəblər qadağan edilmişdi.

Macias Ngema hökuməti parçalayır; on iki nazirdən on biri edam edilir. Nqem koalisiya hökumətinin əvəzinə esanqi qəbiləsindən olan qohumlarını dövlətin ali vəzifələrinə təyin edir. Onun qardaşı oğlu və gələcək varisi, Ngem Mbasogo Obiang, Milli Qvardiya komandiri, Müdafiə Nazirliyinin Baş katibi və həbsxana rəisi olur. Təhlükəsizlik Xidmətində vəzifələrə Francisco Masias Ngema yalnız qohumlarını təyin edir. Beləliklə, Francisco Masias Ngema 1968-ci il oktyabrın 1-dən 1979-cu il sentyabrın 29-a kimi ölkəni idarə etdiyi dövrdə Afrikanın ən mənfur diktatorlarından biri kimi ölkəni iqtisadi və siyasi cəhətdən çökdürür.

On minlərlə insanı məhv edən qəddar diktator Masias Ngema ölkədə xristianlığı qadağan edərək özünü Allah elan edir. Yerli sakinlər onu Allah hesab etməyə məcbur olurlar. Kahinlər həbs təhlükəsi altında “Masiasdan başqa heç bir Tanrı yoxdur”, “Allah olan Masiasın sayəsində Ekvatorial Qvineya yaranmışdır”, “Masisas Ngiema olmasaydı Ekvatorial Qvineya olmazdı” kimi sözlər demək məcburiyyətində idilər. Kilsədə onun portretləri asılır. Ölkədə ölüm qorxusu altında eynək taxmaq qadağan edilir. O, intellektuallı insanlara nifrət edir və hər cür fərqli düşüncəni qan içində boğur. Xalq ona nifrət etsə də, eyni zamanda həm də ondan bərk qorxurdular. Elə düşünürdülər ki, o, sehrbazdır, ölsə də diriləcək və ölümündən sonra da intiqam alacaq. Diktator ölkədə mövcud olan yeganə banka başçılıq edirdi. Hətta, sonradan qərara aldı ki, dövlətin xəzinəsini evdə, çarpayısının altında saxlasın. Bu məqsədlə dövlət büdcəsindəki pulları öz evinə daşıyır, yarısını isə bambuk cəngəlliklərində basdırır. Lakin torpağa basdırdığı pulların bir hissəsi çürüyür. Məhsul və malların qiymətlərini Ndongun özü təyin edirdi. Çörəyin dəyəri onun hansı əhval-ruhiyyədə oyanmasından asılı idi. Çörək bir gün bir qəpiyə ola bilərdi, digər gün isə kosmik qiymətə. Xəzinəni doldurmaq üçün prezident girov götürülmüş xarici diplomatlar və turistlər üçün fidyə tələb edirdi. Onun ətrafında olan insanlar diktatorun başında problemlər olduğunu artıq fərq etmişdilər, amma onu müalicə edə bilmirdilər. Çünki ölkədə demək olar ki, həkim yox idi: bəziləri vəhşicəsinə öldürülmüş, qalanları isə ölkədən qaçmışdılar. Prezidentin psixi vəziyyəti gündən-günə pisləşirdi. O, həftələrlə öz otağında oturub, qohumlarının heç biri ilə ünsiyyətdə olmurdu. Ndongun axşamlar öz-özüylə öldürdüyü nazirlərlə və səlahiyyətlilərlə danışmağa başlayırdı. Bu zaman Milli Qvardiyaya başçılıq edən prezidentin qardaşı oğlu Teodoro Obiang Nkema Mbasoy 1979-cu ilin avqust ayında çevriliş etmək qərarına gəldi: hərbçilər Ndonqun evinə soxuldular, mühafizəçilər diktatoru xilas etmədi. Bununla belə, o, özüylə ölkə büdcəsindən olan pulla dolu 2 çamadan götürərək bir yolla evdən qaça bildi. Hərbçilər iki həftədən çox cəngəlliklərdə keçmiş dövlət başçısının axtarışında oldular. Onu tapanda isə o, son əskinasları ilə qalmışdı. Diktator həbs olundu və məhkəməyə göndərildi. Ngema 80 min qətldə ittiham edildi. Onlardan yalnız 500-i günahkar sayıldı. Ağılsız diktatoru güllələməyə məhkum etdilər. Amma heç bir əsgər keçmiş diktatora qarşı hökmü icra etmək istəmirdi. Belə hesab edirdilər ki, Ngema - meşə zadəganının oğlu, qədim cadugərlərdən biridir. Ekvatorial Qvineyanın əhalisi onun cadugər və fövqəltəbii qüvvələrə malik olduğuna inandığından, əsgərlər ona güllə atmaqdan qorxurdular. Ndonqun qardaşı bunlara inanmırdı və 29 sentyabr 1979-cu ildə divara söykədilmiş keçmiş diktatora atəş açıb 40 güllə vuraraq öldürdü.

Ölkə əhalisi hələ uzun müddət onun ruhunun mövcudluğuna və fövqəltəbii imkanlarına inanırdı. Ekvatorial Qvineya ilk prezidentinin devrilməsindən sonra ailəsi Şimali Koreyada sığınacaq tapdı və Francisco Masias Ngemanın qızı Monique orada yazdığı “Pyongyang Monique” kitabını nəşr etdirdi.

Beləliklə, Teodoro Obiang Ngema Mbasogo hakimiyyətə gəldi. İlk növbədə o, əmisinin bütün qanunlarını ləğv etdi. Diktator özünü daha təvazökar aparır, ölkədə məktəblərin açılmasına, eynək taxmağa icazə verdi və əmisi kimi tez-tez edam etdirmədi. Bununla belə, yeni diktator və onun qohumları ölkənin bütün sərvətlərindən təkbaşına istifadə edirdilər. Bu isə nəhəng qaz, neft, qızıl, almaz ehtiyatlarını ehtiva edirdi.

Ekvatorial Qvineya Obiang üçün ailə biznesinə çevrildi. Hazırkı prezident Teodoro öz oğlunu artıq vitse-prezident etmişdi. Maykl Ceksonun fanatı olan Teodoro dəbdəbə içində yaşayır, onun maşın kolleksiyasından 25 avtomobil - Bugatti Veyron, Lamborghini, Ferrari, Bentley, Rolls Royce və digər markalardan olan avtomobillər, ümumilikdə, təxminən 27 milyon dollar dəyərindədir. Maşınlardan “ən nadir və gözə çarpanı” 2014-cü il buraxılışı olan Lamborghini Veneno Roadster avtomobili 8.3 milyon dollar dəyərində qiymətləndirilib. Ailənin Parisdən 300 km. metr aralıda yerləşən 25 milyon avro dəyərində malikanəsi, 30 milyon dollar dəyərində Malibuda yerləşən malikanəsi, həmçinin müəyyən qədər böyüklükdə Maykl Ceksonun altı heykəli vardır.

Eyni zamanda, Ekvatorial Qvineya əhalisi yoxsulluq içində yaşamağa davam edir.

Hazırladı: İsa Rəvan