Paşinyandan hiyləgər gediş: Qarabağ münaqişəsinin həlli qeyri-müəyyən müddətə təxirə salınsın

Paşinyandan hiyləgər gediş: Qarabağ münaqişəsinin həlli qeyri-müəyyən müddətə təxirə salınsın

17 Noyabr 14:35
129
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla Ermənistan arasında davam edən münaqişənin qısa müddətdə həlli yolları ildən-ilə uzanmaqdadır. Ermənistan tərəfi havadarları olan Rusiya və Fransanın yardımı ilə müxtəlif bəhanələrlə hər vasitə ilə vaxtudma siyasətini həyata keçirmək niyyətində olduğunu artıq gizlətmir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 16-da parlamentdəki çıxışı da bir daha sübut etməkdədir. O bildirib ki, "Dağlıq" Qarabağ ermənilərinin statusi deyil, təhlükəsizliklərinin təmin edilməsi ilə bağlı Rusiyanən mövqeyini qəbul edib. Bu mövqe isə Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salınmasından ibarətdir.

Xatırladaq ki, Azərbaycan dəfələrlə rəsmi şəkidə bəyan edib ki, Qarabağ münaqişəsi həllini tapıb və orada yaşayan ermənilərin təhlükəsizliklərinin təmin edilməsi Azərbaycanın daxili işidir. Buna baxmayaraq Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun müəllifi olduğu ehtimal edilən Qarabağ məsələsinin qeyri-müəyyən müddətə saxlanılmasının arxasında Ermənistanın və havadarlarının vaxtudma siyasətinin dayandığı artıq açıq şəkildə gündəmə gətirilib. Faktiki olaraq hazırda Rusiyanın xarici siyasətində aparıcı rol oynayan və Azərbaycana münasibətdə düşmənçilik mövqeyindən çıxış edən Sergey Lavrov Qarabağ müsələsinin və iki ölkə sərhədlərinin müəyyən edilməsi yolunda ciddi maneəyə çevrilib. Bu baxımdan münaqişənin həllinin sürətləndirilməsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün ciddi addımların atılmasına ehtiyac duyulur. Belə tədbirlərdən biri isə ilk növbədə Laçın koridorunda gediş-gəlişə nəzarətin ələ alınması və Ermənistandan Rusiya sülhməramlılarının köməyi ilə separatçılara silah göndərilməsinin qarşısının alınması ola bilər. Buna paralel olaraq Azərbaycanın Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması üçün hərbi addımlar atılmalı və bu problemin 2024 və ya 2025-ci ilə kimi saxlanılmasına imkan verilməməlidir. Əks halda bu faktor illərlə baş ağrımız olaraq qalmaqda davam edəcək.

Əziz Mustafa, Oxuməni.az