Rusiyanın məqsəd İranı Azərbaycan və onun müttəfiqi Türkiyə ilə müharibəyə cəlb etməkdir

Rusiyanın məqsəd İranı Azərbaycan və onun müttəfiqi Türkiyə ilə müharibəyə cəlb etməkdir

16 Noyabr 2022 14:00
Bəyəndim (1) Bəyənmədim (0)

Hadisələrin gedişindən belə başa düşmək olar ki, Rusiya İranı Azərbaycan əleyhinə qızışdıraraq Ermənistanı xilas etmək istəyir. Rusiyanın məqsəd İranı Azərbaycan və onun müttəfiqi Türkiyə ilə müharibəyə cəlb etməkdir. İranda bunun dərk edilib-edilmədiyini söyləmək çətindir. İstənilən halda İranın Azərbaycan və Türkiyə ilə müharibəyə başlaması onun dağılmasına və cənubda 40 mlyon türkün yeni dövlətinin yaranmasına səbəb olacaq.

Azərbaycanla İran arasında davam etməkdə olan gərginlik bölgədə təhlükəli bir vəziyyətə doğru inkişaf etməkdədir. Xüsusi ilə İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi və işğalçı Ermənistanı açıq şəkildə dəstəklədiyini bəyan etməsi Bakıda kəskin reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bəzi müsəlman ölkələrinin məscidləri dağıdaraq oranı donuz saxlayan yerə çevirməsinə göz yuman və bunu törədənləri qucaqlayan islam ölkəsi liderini açıq şəkildə riyakar və xəyanətkar adlandırıb. Prezident ad çəkməsə də onun hansı ölkəni nəzərdə tutduğu şübhə doğurmur. Buna paralel olaraq Azərbaycan İranın hərbi təlimlərinə cavab olaraq adı çəkilən ölkə ilə sərhəddə hərbi təlimlər keçirdi. Eyni zamanda Azərbaycanda İrana işləyən çoxsaylı casusların həbs edilməsi də Bakının qarşı tərəfin təhdidlərindən çəkinməyəcəyini bir daha üzə çıxardı. İranın təhdidləri ilə bağlı ABŞ-ın da sərt reaksiyası özünü çox gözlətmədi. ABŞ dövlət katibi Blinken bildirdi ki, ölkəsi İrandan gələn təhdidlərə cavab olaraq Azərbaycana ən yüksək səviyyədə dəstək verəcək. Buraya Türkiyəni də əlavə etməli olsaq, onda İranın qarşısında böyük bir gücün dayandığı şübhə doğurmur.

İranda anti Azərbaycan isteriyasının arxasında isə Rusiyanın ermənipərəst Xarici işlər naziri Sergey Lavrovun (Kələntəryanın) dayandığı ehtimal edilir. Hələ İkinci Qarabağ savaşının qızğın çağında Tehrana səfər edən Sergey Lavrov İran rəhbərlərini Azərbaycanın tərəfində guya şiə düşməni muzdluların vuruşduğuna inandıra bilmişdi. Bundan sonra İranda Azərbaycan tərəfində guya muzdluların vuruşduğu barədə sərsəm iddialar baş alıb getməyə başladı. Bu baxımdan son dövrlərdə Rusiya rəsmilərinin İrana səfərlərinin çoxalması fonunda Bakı ilə Tehran arasında gərginliyin yüksək həddə çatmasında da Sergey Lavrovun emissarlarının əli olduğu şübhə doğurmur. Hadisələrin gedişindən belə başa düşmək olar ki, Rusiya İranı Azərbaycan əleyhinə qızışdıraraq Ermənistanı xilas etmək istəyir. Rusiyanın məqsəd İranı Azərbaycan və onun müttəfiqi Türkiyə ilə müharibəyə cəlb etməkdir. İranda bunun dərk edilib-edilmədiyini söyləmək çətindir. İstənilən halda İranın Azərbaycan və Türkiyə ilə müharibəyə başlaması onun dağılmasına və cənubda 40 mlyon türkün yeni dövlətinin yaranmasına səbəb olacaq.

Əziz Mustafa