Faşist Makronun idarə etdiyi Fransanın Azərbaycan düşmənçiliyi davam edir

Faşist Makronun idarə etdiyi Fransanın Azərbaycan düşmənçiliyi davam edir

16 Noyabr 2022 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Senatının erməni ekstremistləri tərəfindən sıxışdırılaraq Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə istər Azərbaycanda, istərsə də sərhədlərimizdən kənarda Parisin anti Azərbaycan siyasətinin çirkin şəkildə davam etdirilməsi kimi dəyərləndirilir.

Ötən gün Fransa növbəti dəfə Azərbaycana münasibətdə düşmən mövqedə dayandığını və bundan sonra Qarabağ münaqişəsinin həllində hər hansı şəkildə iştirak edə bilməyəcəyini nümayiş etdirən addım atmış oldu. Vaxtı ilə Əlcəzairdə 1,5 milyon insanı faşistlərin belə həsəd apara biləcəyi vəhşiliklə qətlə yetirən Fransa senatında Azərbaycan əleyhinə qəbul edilən qətnamə özlərinin mənfur keçmişlərini yaddan çıxaran bir ölkənin üz qarasıdır. Bütün bunlar göstərir ki, Fransada faşizm yenidən baş qaldırır və bu amil dünyanı yeni fəlakətlərə sürükləyə bilər. Qətnamə qəbul edilməzdən əvvəl həyasızcasına, çirkin əməllərinə görə utammadan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən Makron Ermənistan baş naziri Paşinyan ilə görüşəcəyini söylədi. Guya bu faşist köpəyi vasitəçilik siyasətini davam etdirir. Halbuki onun faşist siması və vasitəçilik etməyə haqqı olmadığı Azərbaycanda hamıya məlumdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının sonuncu görüşündə Makronun əsl simasını ifşa edərək onu küçə uşaqlarına bənzətmişdi.

Sənəddə həyasızcasına Azərbaycan qazının Avropaya nəqlinə embarqo tətbiq edilməsi və əsgərlərimizin "Ernənistan ərazisi"ndən çıxarılması öz əksini tapıb. Halbuki Azərbaycanın "Ermənistan ərazisi"ni işğal etməsi ilə bağlı Senatın əlində hər hansı bir sübut yoxdur. Faktiki olaraq hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin haradan keçməsi ilə bağlı məsələ qarşı tərəfin və onun havadarlarının günahı ucbatından həllini tapmayıb.

Şübhəsiz ki, Fransanın bu addımı Bakı-Paris münasibətlərində ağır izlər buracaq. Azərbaycanın bundan sonra münaqişənin həllində və ondan kənarda hər hansı məsələnin müzakirəsində Fransa ilə birgə iştirak edə biləcəyi inandırıcı görünmür.

Məsələyə münasibət bildirən Trend nformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brön məqaləsində yazır ki, senatın Fransanın xarici siyasəti üzərində heç bir səlahiyyəti yoxdur və bu qətnamə heç bir təsirə malik deyil. Müəllif Fransanın Azərbaycana münasibətdə faşist siyasətini ifşa edərək yazır:

“Bir amili də xatırlatmaq lazımdır ki, Fransada erməni lobbinin əsas sözçüsü Jan-Mark Ara Toranyan 1980-ci illərdə Orli hava limanında 1983-cü ildə törədilmiş dəhşətli təxribatın arxasında duran ASALA-nın (Ermənistanın Azadlığı Naminə Gizli Erməni Ordusu) sözçüsü idi. Bu, onun bu gün Yelisey sarayında, Milli Assambleyada və Senatda dost kimi qəbul edilməsinə heç də mane olmur”.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi var və Fransa senatının 30 il ərzində bu amilə göz yumması bir daha Parisin dünyanı fəlakətə sürükləyən Hitler Almaniyasının yolunu davam etdirdiyini göztərir. Tarixdən ibrət götürməyən Fransanın isə faşist Almaniyasının taleyini yaşayacağı heç kəsdə şübhə doğurmasın..

Əziz Mustafa