Pelosinin xatırlatdığı “erməni-fars” döyüşü - Saxta tarix

Pelosinin xatırlatdığı “erməni-fars” döyüşü - Saxta tarix

20 Sentyabr 06:11
193
Bəyəndim (0) Bəyənmədim (0)

Nensi Pelosinin Ermənistana səfəri zamanı erməni rəssam Q.Xancanyanın “Avarayr” rəsmi önündə guya 451-ci ildə ermənilərin Sasanilərə qalib gəlməsini onların tarixinin "şərəfli" hissəsi kini qələmə verməsini bizim media da elə paylaşır ki, kənardan baxan doğurdan da bu coğrafiyada o dövrdə ermənilər yaşadığını düşünəcək.

Avarayr döyüşü zamanı ermənilər Qafqazda nə gəzirdi? Erməni var idi o dövrdə burda?

Ermənilər bizim Alban tariximizi oğurlayıb! döyüş albanlarla Sasanilər arasında olub, bunu araşdırmadan, erməni saxtakarlığını həqiqət kimi qələmə vermək olmaz!

Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib.

O dövrdə Sasanilərin apardığı siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə (iberlər, tərəkəmələr, Şahdağ xalqları) birlikdə Sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar Sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.

Bütün qədim qaynaqlar və mənbələr bu döyüşün albanlar və Sasanilər arasında baş verdiyini yazır. Rus və ermənilərin tariximizi, xüsusilə albanları erməniləşdirmək cəhdinə qətiyyən dəstək vermək olmaz.

Alban hökmdarlarının adına baxın! Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan.

Burda erməni adı görürsüz? Guya üsyana Vardan Mamikonyan başçılıq edirdi. “Yan” soyadı var idi o dövrdə? “Yan” soyad sonluğunu Qafqaza köçürülən ermənilər Rusiyanın himayəsinə keçəndən sonra götürüb. Üsyan zamanı Vardan adı heç bir mənbədə çəkilmir. Bizim tarix kitablarında varsa da, ruslardan köçürülən kitablardır ki, onlar da dövlətimizin birbaşa təhlükəsizliyinə qarşıdır.

100 erməni müəllifdən sitat gətirərəm, özləri etiraf edirlər ki, Qafqaza 17-ci əsrdən köçməyə başlayıblar. Bəs siz niyə erməni dəyirmanına su töküb, guya onların 451-ci ildə bu ərazilərdə yaşadığı saxta tarixini yayırsınız?

Tarixçi alim, dosent Zaur Əliyev