Qara bibər arıqlamağa kömək edir
Qara bibər, həzmi asanlaşdırmaqla yanaşı, xoş qoxusuyla bütün yeməklərə dad verir. Bu ədviyyatın piyləri əritməkdə faydalı olduğu təsbit edilib. Belə ki, öskürən bir insanın müalicəsində istifadə oluna bilər: zeytun yağını qara bibərlə qarışdırıb və öskürən adamın kürəyinə sürtülərək üzərinə də dəsmal sarıyıb səhərə qədər saxlamaq lazımdır. Bütün salatlarda, ət, toyuq, balıq yeməklərinə qara bibər əlavə etməyi sevirik. İndi bir az da bu ədviyyatın faydalarına nəzər salaq. Qara bibərin bir çox faydası var.
Anti-oksidant və anti-bakterial xüsusiyyətə malikdir. Qaz meydana gəlməsini azaldar, tərləməyi artırar. Dünyada ən çox istifadə edilən ədviyyatlar arasında olan qara bibər, Şərq tibbində dərman olaraq mədə-bağırsaq xəstəliklərində istifadə edilir.
Qara bibərdə olan "piperin" adlı maddənin arıqlamağınıza köməkçi ola biləcəyi düşünülür. Koreyada edilən yeni bir araşdırmaya görə, iti və yandırıcı təsirə sahib bu maddə, yeni yağ hüceyrələrinin yaranmasının qarşısını alır.
Ediləcək yeni işlər də bu təsiri dəstəkləyərsə qara bibər, köklük müalicəsində təbii bir üsul olaraq istifadə edilməyə başlana bilər.
Günay Səfərli
O.M



















































.jpg)












































