(R) Möcüzəvi duz mağarasının müalicəvi gücü

(R) Möcüzəvi duz mağarasının müalicəvi gücü

10 Yanvar 2012 18:55
Bəyəndim (0) Bəyənmədim (0)

Təbiət min bir dərdin dərmanıdır. Bu baxımdan Azərbaycan şəfa ocağı sayıla bilər. Naxçıvanın duz mağarası da nadir şəfa ocaqlarından biridir.

Duzlu havada aldığınız hər nəfəs, duz mağarasında tənəffüs etdiyiniz duzun tərkibindəki dəyərli mikroelementlər heç bir şeylə əvəz olunmayan və bir çox sağlamlıq şəraiti üçün faydalı bir təbii müalicədir. Duz mağarası quru, steril və hermetik bir sahəni ifadə edir. Böyük miqdarda quru sal duz xüsusi bir mikro iqlim yaradır. Əvəzsiz mikro iqlimli yeraltı mağaralar astma xəstələrini sağaldır.

Dəniz səviyyəsindən yüksəkliyi - 1173 m

Temperatur - 18-20 C

Atmosfer təzyiqi - 740 mm.c.st

Nisbi rütubət 24-50%

Hava sürəti 0-0,1 m/s

Küy 15-20 DB

Yüksək dispersli Na+,CI+ ionları

xəstə olmayanda - 17,5 mq/m3

xəstə olanda - 12,5 mq/m3

Oksigen 20%

CO2,N və Metan qazı yoxdur.

Hemolotiq cinsli mikrokoq və kif mövcud deyil.

Bakteriya miqdarı 650-850 m3 (xarici mühitdən 8-10 qat daha az)

Farmakoloji müalicələr

Günümüzdə farmakoloji və dərman sənayesinin güclü inkişafı ,dərman müalicəsinin böyüməsində böyük rol oynayır. Tətbiqdəki sadəlik, istifadəsinin asanlığı və sürətli təsir göstərməsi xəstələrin müalicəsində dərmanlardan çox istifadə olunmasına yol açır. Ancaq dərmanlar müalicə edici təsirləri ilə yanaşı əks təsirlərlə birləşərək patoloji problemlərə yol açırlar.

Dərmanlar bir çox allergiya probleminə və buna bağlı olaraq immunitetin zəifləməsinə(otoimmun) səbəb olur. Ayrıca dərman müalicəsi bədənin öz qoruma mexanizmini geri qazanmasına kömək etmir. Bu fikir həkimlərin təbii yollarla müalicə etmə üsullarına geri dönməsinə və dərmansız müalicə metodlarını araşdırmalarına səbəb olmuşdur.

Dərmansız duz müalicəsi

Duz terapiyası olaraq da bilinən, süni duz mağaramızda həyata keçirdiyimiz müalicənin ,klinik olaraq astma xəstələrinin də ehtiyaclarını qarşılayan bir müalicə növü olduğu sübut edilmişdir.

Müalicənin arxa planı

Duz terapiyasının inkişafında bir neçə önəmli nöqtələr:

- Mağara terapiya müalicəsi 1843-cü ildə kəşf edildi.

- Tibbi cihazlar 1989-cu ildə yaradıldı.

- Bizim fizioterapiya mərkəzimiz 1960-cı ildə yaradıldı.

Duz terapiyası klinik olaraq isbatlandı:

- Tənəffüs yollarında hava axımına əngəl olan mukusu təmizləyir

- Astmalı və ya sağlam nümunələrin mukosiliyer klerens mexanizmini artırır

- Tənəffüs yolları -üst hormon səviyyəsini tarazlaşdırır

- Anti-enflamatuar və bakterial təsirləri yaradır

- Bronxitin kəskin təsirini azaldır

- Ağciyər funksiyalarını yaxşılaşdırır

- Ağciyərdə inhalə partüküllərin tənzimlənməsinə kömək edir.

Duz terapiyası Bronxlarda meydana gələn dörd ana təsirin müalicəsinə kömək edir: inflamasion, yüksək mukus, spazma(bronxospazma) və hiperaktivlik. Xəstələrin böyük bir hissəsində Duz terapiyasından sonra tənəffüs yollarının düzəldiyi və simptomların aradan qalxdığı görülür.

Duz terapiya müalicəsinin faydalılıq səviyyəsi

Süni duz mağaralarında həyata keçən duz terapiyası müalicəsindən sonra kəşf edə biləcəyiniz bir çox faydadan bəziləri bunlardır:

- Sadəcə bir neçə seansdan sonra nəfəs almağın asanlaşdırılması

- Asqırmanın, öskürmənin və nəfəs darlığının azalması

- Dərmanların dozasının azaldılması və hətta tamamən qəbul edilməməsi

- Tənəffüs yolları xəstəliklərini qıcıqlandıran təsirlərin tədricən yox olması

- Xəstəliyin yaxşılaşma müddətinin qısalması

- Daha canlı hiss etdirməsi

- Ümumi sağlamlığa qovuşduraraq yaşama keyfiyyətini artırması

Astma xəstəsi uşaqlar üçün duz terapiyası

Təbii sağlamlıq metodlarının uşaqlar üzərində daha yaxşı təsir göstərdiyi klinik olaraq isbatlanmışdır. Çünki uşaqlar böyüklərə görə daha həssasdırlar.

Enerji mənbəyi

Duzdağ otelində sizə bir çox idman məşğuliyyətləri ilə yanaşı sağlamlıq xidmətlərindən də istifadə edə bilərsiniz.

Ali Kan - Naxçıvan

O.M.