Nazir Balakəndə vətəndaşları qəbul edəcək

Nazir Balakəndə vətəndaşları qəbul edəcək

23 İyun 2017 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Balakəndə vətəndaşlarla görüşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, H. Bağırov 6 iyul saat 10:00-da Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı "Qaynar xətt"i, 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Mediainfo.az