Lənkəranda regional konfrans keçirilib

Lənkəranda regional konfrans keçirilib

18 Aprel 2017 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda Heydər Əliyev Mərkəzində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfrans keçirilib.

İH-dən daxil olan xəbərə görə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında "İslam həmrəyliyi ili" elan edilməsi haqqında sərəncamının böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirərək, indiki dövrdə bu sənədin böyük problemə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn mühüm addım kimi dəyərləndirib. İcra başçısının sözlərinə görə, bu gün Azərbaycanda bütün dinlərə eyni səviyyədə hörmət bəslənilir və ölkənin inanclı vətəndaşlarının hər birinin öz dini etiqadlarını yerinə yetirmələri üçün bərabər şərait yaradılıb.

KİVDF-nun icraçı direktoru Vüqar Səfərli çıxışında respublikanın cənub bölgəsində islami dəyərlərə həmişə böyük hörmətlə yanaşıldığını qeyd edərək, Fondun bu mövzuda keçirdiyi regional konfransın birinci olaraq Lənkəranda reallaşmasının təsadüfi olmadığını diqqətə çatdırıb.

Tədbirin sonunda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mediainfo.az