DİN-dən ümumvətəndaş pasportu almaq istəyənlərə müraciət

DİN-dən ümumvətəndaş pasportu almaq istəyənlərə müraciət

2 Fevral 2017 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə vətəndaşları ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər.

Bu barədə "Report"a DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məlumat verilib.

Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.

Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər.

Mediainfo.az