Nazir Bərdədə vətəndaşları qəbul edib

Nazir Bərdədə vətəndaşları qəbul edib

30 Noyabr 2016 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdədə vətəndaşlarla görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, XocalıLaçın rayonlarından olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.

Qəbula gələn vətəndaşları dinləyən nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib, vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirib.

Şöbədən bildiriblər ki, Ə. Qarayev ötən müddətdə yerlərdə 40-dan çox belə görüş keçirib.

Mediainfo.az