Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunub
Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə tədbir keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd – KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətlənmiş məlumatların təqdimatını təmin etməkdir.
Tədbirdə KİV nümayəndələrinə qadına qarşı zorakılığın sosial aspektləri, səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında geniş məlumat verilib.
Qadına qarşı zorakılığının qarşısının alınmasında ictimai rəyin formalaşmasında KİV-in rolu və vəzifələri xüsusi vurğulanıb.
Sonda qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video çarxlar nümayiş etdi
Mediainfo.az














































.jpg)

















































