Komitə sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək

Komitə sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək

24 Oktyabr 2016 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 oktyabrda Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən Apa-ya verilən məlumata görə, qəbulda yalnız Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349);

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02121) 5-52-45, (02123) 5-62-47

Mediainfo.az