Aydın Əliyev Göygöldə vətəndaşları qəbul edəcək

Aydın Əliyev Göygöldə vətəndaşları qəbul edəcək

16 Sentyabr 2016 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 23-də saat 10:30-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (Hummel küçəsi. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən Apa-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-si saat 10:30-dək "195" Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 259-58-33) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mediainfo.az