Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edib

25 Avqust 2016 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəki şəhərində vətəndaşları qəbul edib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında keçirilən qəbulda Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərə baxılıb, məsələlərin bir çoxu yerində həllini tapıb.
Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, işlə təminat və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Mediainfo.az