Elmar Vəliyev növbəti dəfə gəncəlilərlə görüşüb
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə vətəndaşlarla görüşüb.
Qəbulda idarə, müəssisə rəhbərləri və 50 nəfərdən çox vətəndaş iştirak edib.
Qəbulda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb, onların ehtiyacları qanunun tələblərinə uyğun olaraq təmin edilib.
Qəbulda işsiz vətəndaşların işlə təmin olunması, Qarabağ müharibəsi əlilləri və veteranlarının mənzil və ya torpaq sahəsi ilə təminatı məsələsi önə çəkilib. Görüşdə müraciətlər arasında məşğulluğun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə dəstək verilməsi xahiş olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib. Vətəndaş qəbuluna yalnız problemi olanlar deyil, qaldırdığı məsələnin şəhər rəhbəri tərəfindən həllini görən vətəndaşlar da minnətdarlıq üçün gəliblər.
İcra başçısı bildirib ki, bu qəbildən olan görüşlərin əsas məqsədi, ölkə başçısının tapşırığına müvafiq olaraq vətəndaşların firavanlığının təminatı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Elmar Vəliyev sakinlərin problemlərinin həlli istiqamətində lazımi addımların hər zaman atılacağına diqqət çəkib. Maddi yardım, torpaq məsələsi, eləcə də insanların sağlamlıqları ilə bağlı müraciətlərin dəqiq və operativ həlli üçün qəbulda iştirak edən idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bu qəbul da vətəndaşlarırı arzu və istəklərinin, müraciətlərinin həllində mühüm addım olub.



Mediainfo.az














































.jpg)

















































