Müəllimlər üçün müsabiqə keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə elan edir. Təhsil İdarəsinin mətbuat xidmətindən Apa -ya verilən xəbərə görə, müsabiqə 3 (üç) mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər 03.05.2016 – 10.05.2016-cı il tarixlərdə www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3(üç) yer seçə bilər. Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslər ən geci 3 (üç) iş günü ərzində müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər. Sənədlərin təqdim edilməsi üçün son tarix mayın 12-dir.
Müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən yuxarıda göstərilən sənədlərin qəbul edilməsi məqsədilə 03.05.2016 – 12.05.2016-cı il tarixlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərəcək.
Mediainfo.az














































.jpg)

















































