Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib

Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib

27 Aprel 2016 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və idman naziri Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab sakinləri iştirak edib.

40-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsində edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Mediainfo.az