Kompüter oyunları sizi ölümə aparır

Kompüter oyunları sizi ölümə aparır

9 Avqust 2011 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Oyun oynamaq ümumiyyətlə, maraqlıdır. Ancaq illər içində gerçəkləşdirilən və uzun oyun oynama marafonları çox təəssüf ki, təhlükəli nöqtəyə kimi aparır. Misal kimi iki ay öncə İngiltərədə 12 saat fasilə vermədən oyun oynayan Kris Staniforsun adını çəkə bilərik. O, öldü. Ölüm səbəbi isə "damar trombozu" olaraq göstərildi. Tamamilə hərəkətsizlikdən meydana gələn və xüsusilə ayaqlarda əmələ gələn qan laxtası damarları tutar və ya birbaşa beyinə tərəf üz alar. Belə vəziyyət əsasən, səyahətdə olan insanlarda görünür. Ona görə də fasiləsiz oyun oynamaq insan sağlamlığına ziyandır. Hətta "Microsoft" belə xəbərdarlıq edir: ""Microsoft" olaraq istifadəçilərimizdən xahiş edirik ki, müəyyən müddət oyunlarına ara verib, idman hərəkətləri etsinlər".

Taleyinizlə oyun oynamayın.

Günel Həbib

O.M.