Əli Həsənov: “Medianı çətin vəziyyətdə qoymayacağıq”

Əli Həsənov: “Medianı çətin vəziyyətdə qoymayacağıq”

17 Mart 2016 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan cəmiyyətindəki problemlər mediamıza da təsir göstərib. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev hər şeyi nəzarətdə saxlayır. Biz mediamızı heç vaxt çətin vəziyyətdə qoymayacağıq".

Bu barədə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİVDF-nin jurnalistləri mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, jurnalistlərimiz ölkədəki bütün hadisələri qələmə almalı, həm neqativ halları, həm də yaxşı nümunələri qələmə almalıdır: "Yaxşı nümunələri çox olan cəmiyyət həmişə yüksək əhval-ruhiyyə içində olur. Jurnalistlərimiz də yaxşı nümunələri qələmə alıb cəmiyyətə təqdim etməlidir".
Ə. Həsənov bildirib ki, Prezidenti İlham Əliyev daim Azərbaycan xalqının rifahı üçün çalışıb: "Bu siyasət ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir".

Mediainfo.az