Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək

15 Mart 2016 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 17-də Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
FHN)mətbuat xidmətindən verilən məlumata görə, qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda ancaq FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mediainfo.az