Qızmar günlərdə mütləq banan yeyin

Qızmar günlərdə mütləq banan yeyin

4 Avqust 2011 18:32
Bəyəndim (0) Bəyənmədim (0)
Banan ürəyi möhkəmləndirir

Son dövrlərdə get-gedə süni qida məhsullarının artması və ekoloji mühitin dəyişməsi ilə əlaqədar insanlar nə yeyəcəklərini, hansı qidaların daha faydalı, hansıların zərərli olduqlarını bilmirlər. İnkişaf qida sənayesindən də yan ötmür. İstehsalçılar az qala hər bir qidanı süni şəkildə yetişdirir və ya onların hibridlərini alırlar. Aydındır ki, təbii şəraitdə bitməyən, süni üsullarla yetişdirilən qidaların orqanizmə heç bir faydası yoxdur. Əksinə, becərilən zaman torpağa əlavə olunan kimyəvi maddələr gələcəkdə orqanizmdə çox dəhşətli xəstəliklərin yaranmasına səbəb ola bilər. Təsadüfi deyil ki, ən qorxulu, sağalması demək olar ki, tam mümkün olmayan xərçəngin əmələgəlmə səbəbləri arasında qida faktoru da geniş qeyd olunur. İnsanların məhvinə gətirib çıxaran digər ağır xəstəliklərdən biri də ürək, qan-damar sistemi xəstəlikləridir.

Əgər siz ömrünüz boyu ürəyinizlə bağlı problem yaşamaq istəmirsinizsə, onda banan yeyin. Çünki vitaminlərlə zəngin olan banan ən faydalı meyvədir. Təkcə bir banan meyvəsində 467 mikroqram kalium var. Bu isə əzələlərin, xüsusilə də ürək əzələsinin həyat fəaliyyəti, sağlam və güclü qalması üçün çox vacibdir. Bu ekzotik meyvə hətta arterial təzyiqin düşməsində də rol oynayır. Bundan başqa, banan turşuları çox gözəl parçalayır və neytrallaşdırır. Ona görə də qıcqırma zamanı mühüm əhəmiyyətə malikdir. Bu meyvəni sadəcə yemək də, blenderdən keçirib hər hansı bir meyvənin az miqdarda şirəsi ilə qarışdırıb içmək də olar. Körpələrə banan yedirtmək xüsusilə vacibdir. Çünki onların orqanizmi kaliuma daha çox ehtiyac duyur. Banan həmçinin bədənin müqavimətini artırır ki, bu da qızmar yay günlərində hər bir insana vacibdir.

Unutmayın ki, kim 100 il yaşamırsa, günah onun özündədir...

Əfqanə Səhər

O.M.