Günvurma zamanı ilkin yardımlar
Rahat yay istirahətinizi yersiz günvurma poza bilər. Günvurma başın açıq hissəsinə gün şüasının davamlı təsiri nəticəsində beyin işinin pozulmasıdır. Əlamətləri: başağrısı, süstlük, qaytarma. Ağır formada koma.
*** Günvurmanın 3 dərəcəsi var:
Yüngül dərəcə
Ümumi zəiflik
Başağrısı
Ürəkbulanma
Nəbzin və nəfəsalmanın tezləşməsi
Bəbəyin genişlənməsi
Tədbirlər:
xəstəni həmin ərazidən çıxarmaq və yardım göstərmək. Həkim gələnədək xəstədə
ürəkbulanma və qaytarma olarsa, onun qusma kütləsi ilə boğulmasının qarşısı
alınmalıdır.
*** Orta
dərəcə
Kəskin gücsüzlük
Ürəkbulanma və qusma ilə müşayiət olunan başağrısı
Qulaq batması
Hərəkətlərdə inamsızlıq
Laxlayan yeriş
Zamanlı özündəngetmə halı
Nəbz və nəfəsalmanın sürətlənməsi
Bədən temperaturunun 39-40 dərəcəyə qalxması
*** Ağır
dərəcə
Günvurmanın ağır forması anidən olur. Üzdə
hiperemiya (bədənin bəzi hissələrində damarların həddindən artıq qanla dolması)
yaranır. Yüngül özündəngetmə halından komaya qədər hallar, nəcis və sidiyin
qeyri-iradi xaric olması, sayıqlama, qarabasma, temperaturun 41-42 dərəcəyə
qalxması halları müşahidə olunur, hətta ölüm halı da baş verə bilər.
*** Uşaqlarda
günvurma
Uşağı kölgəyə və ya sərin otağa
gətirməlisiniz, üfüqi formada uzandırıb başına soyuq su ilə isladılmış dəsmal
qoyun. Günvurmanın ilkin mərhələsində çoxlu maye içirməlisiniz. Bunun üçün 1
litr suya 2 x.q. şəkər tozu və 2/1 ç.q. natrium xlorid və ya natrium bikarbonat
əlavə edin. Soyuq su ilə fiziki soyutma etməlisiniz. Bundan ötrü su ilə
isladılmış dəsmalla dərini silin. Və təcili yardım çağırın.
*** İlk
yardım
Zərərçəkəni kölgəyə aparmaq və başa soyuq
kompres etmək lazımdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.
Təcili görüləcək işlər:
zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı
naşatır spirtini tənzifə vuraraq iynətməli
üst geyimini soyundurmalı
üzünə soyuq su çiləməli, döşünə yaş dəsmal qoymalı
başına soyuq su butulkası qoymalı
yelləməli
təcili yardım çağırmalı
***
Profilaktika
Günvurmadan qorunmaq üçün günəşli havada baş
örtüyü olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan
olmalıdır ki, günəş şüasını az qəbul etsin.
Səhər günəşi yenidən görmək istəyirsinizsə, bugünkü günəşdən qorunun...
Günel Həbib
O.M.