Oruc tutanlara qızıldan qiymətli mütəxəssis məsləhətləri

Oruc tutanlara qızıldan qiymətli mütəxəssis məsləhətləri

28 İyul 2011 17:20
Bəyəndim (0) Bəyənmədim (0)
11 ayın sultanı gəlir...

11 ayın sultanı Ramazan artıq müsəlmanların qapısına dayanıb. Bir neçə gündən sonra - yəni yeni həftənin ilk günü bütün müsəlmanlar oruc tutacaqlar. Ramazan ayının qızmar avqust ayı ilə üst-üstə düşməsi həm oruc tutub, həm də sağlam qalmaq olduqca çətindir. Bəs nə etməli? Mütəxəssis məsləhətləri ilə sizləri baş-başa buraxırıq:


*** Ürək getmə riskinə diqqət: Orucluq dönəmində su itirilməsinə diqqət edilməzsə, halsızlıq, Günəş vurması, temperatur kimi problemlər ortaya çıxa bilər. Daha artıq su itirilməsi isə təzyiqin aşağı düşməsinə və huşun itirilməsinə yol aça bilər.

*** Bol su içmək sağlam qalmağın ilk şərtidir: Xüsusilə isti havalarda su içmək önəmlidir. Oruc tutan şəxsin iftar və ya sahur zamanı sulu və ya az sulu yeməklər tərcih etməsi, hər ikisinin arasında bolluca su içməsi lazımdır.

*** İşiniz yoxdursa, çölə çıxmayın: İsti günlərdə tərləmə, buxarlanma yolu ilə bədəndən su çıxır. Oruc tutanlar vacib olmadığı halda evdən çölə çıxmasalar, yaxşı olar. Əgər çıxacaqlarsa, səhər tezdəni və ya axşam üstünü tərcih etməlidirlər. Açıq havada işləmək məcburiyyətində qalan orucluların Günəş işığından uzaq durmaları, ağ və ya açıq rəngli paltarlar geyinmələri tövsiyə olunur. Toplu yerlərdən uzaq qaçılmalıdır. Əks təqdirdə, qan şəkərinin aşağı düşmə riski var.

*** Mütləq fasilə edin: Yay aylarında işləyənlər sahura mütləq durmalı, bol su içməli, yaxşıca bəslənməlidirlər. Günəşin üzdə olduğu günorta saatlarında, hər 1-2 saatdan bir fasilə verməlidirlər. Bu halda kölgəli və sərin bölgədə olmaları gərəkir. Halsızlıq, həddindən artıq isti zamanı isə vanna qəbul edə bilərlər.

*** İftarınızı 2 bölüm halında açın: Yay aylarında oruc tutarkən xüsusilə yeməklərə diqqət edilməlidir. İftarda eyni vaxtda çoxlu yemək qəbul edilməməli, yağlı, ədəvalı, duzlulardan uzaq durulmalıdır. İftar yüngül sulu yeməklərlə açılmalı, bir dəfədə çoxlu yeyilməməlidir. İftardan 2-3 saat sonra isə yenidən bir miqdar yeyilməlidir. Yatmağa 1-2 saat qalmış bir meyvə yeyilməsi həm enerji, həm də su baxımından tövsiyə edilir.

*** Sahurda yüngül, ancaq doyurucu qidaları seçin: Sahurda bir az tez qalxıb sulu və ya tərəvəzlərdən ibarət doyurucu yeməklər yeyilməlidir. Heyvan ətindən hazırlanmış yeməklərdən bacardıqca uzaq durun. Hardasa balıq və ya toyuq işə yaraya bilər.

*** Xroniki xəstəliyiniz varsa, həkimlə məsləhətləşin: Yüksək təzyiq, böyrək, ürək, xroniki xəstəlikləri olanlar həkimlə məsləhətləşməmiş oruc tutmasınlar. Onlar yemək rejimlərini pozmamalı, dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidirlər. Çünki isti hava və su itirilməsi bu tip xəstələrin ümumi vəziyyətlərində böyük mənfi dəyişikliklərə yol aça bilər. Əgər oruc tutmaq niyyətləri varsa, həkim müayinəsindən keçsinlər.

Allah oruc və namazınızı qəbul etsin.

Günel Həbib

O.M.