Dini komitənin sədri Saatlıya qəbul keçirib

Dini komitənin sədri Saatlıya qəbul keçirib

15 Dekabr 2015 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də Saatlıdakı Gənclər Mərkəzində bu rayondan və Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Mübariz Qurbanlı Milli Məclisin deputatı Əflatun Amaşov və Saatlı rayon icra başçısı Siraqəddin Cabbarov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Qəbula gəlmiş vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, Quran kurslarının təşkili, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşları diqqətlə dinləyən Komitə sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması üçün isə göstərişlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Mediainfo.az