Baş Prokurordan rayon prokurorlarına göstəriş

Baş Prokurordan rayon prokurorlarına göstəriş

13 Noyabr 2015 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı tapşırıqları Baş Prokurorluq tərəfindən daim diqqətdə saxlanılır və bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Baş prokuror Zakir Qaralov noyabrın 13-də Hacıqabul Rayon Prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirir ki, qəbula yazılış qabaqcadan aparılıb, vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, prokurorluğun elektron poçt ünvanı vasitəsilə də qəbula yazılıblar.

Baş prokuror 20-yə yaxın vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak etmiş rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilib.

Mediainfo.az