
Hərbi hissə və polis idarəsində monitorinq
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Rövşən Məmmədov və Cəlal Salayevlə birlikdə MN-nin "N" saylı xüsusi mühafizə sülhməramlı briqadasında monitorinq keçiriblər.
Bu barədə məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı əsgərlərin saxlanma yeri, qidalanmaları, hərbi hissənin tibb xidməti ilə maraqlanıblar: "Əsgərlərə milli yeməklər verilir. Hərbi hissədə ölüm halı olmayıb, hər hansı xəstəlikdən əziyyət çəkən yoxdur. Hərbi hissə üçün Buta qəsəbəsində yeni bina inşa edilib. Yaxın zamanda ora köçəcəklər".
Hüquq müdafiəçisi bu gün Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirdiklərini deyib: "Orada 12 nəfər saxlanılır. Monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar olunmadı. Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yeri bizim müraciətimiz əsasında təmirə bağlandığı üçün Yasamal rayon Polis İdarəsi tərəfindən saxlanılan şəxslər də orada saxlanılır".
Mediainfo.az