Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edəcək

23 Oktyabr 2015 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri oktyabrın 29-da Ağsuda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

Mediainfo.az