12 rayonda müəllimlərin biliyi qiymətləndiriləcək

12 rayonda müəllimlərin biliyi qiymətləndiriləcək

5 Oktyabr 2015 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin sonuna kimi Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanacaq.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. İ.Nağıyevin sözlərinə görə, bu ilin sonuna kimi diaqnostik qiymətləndirmə Gəncə, Sumqayıt, Şirvan, Hacıqabul, Qubadlı, Masallı, Cəlilabad, Abşeron, İmişli, Xaçmaz, Saatlı və Sabirabaddakı təhsil müəssisələrində keçiriləcək: İ. Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmə ümumilikdə 35-40 min müəllimi əhatə edəcək.

Mediainfo.az