Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

23 Sentyabr 2015 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıtda vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayon sakinləri iştirak edəcəklər.

Qəbul üçün vətəndaşların qeydiyyatı sentyabrın 24-dən sentyabrın 28-dək aparılacaq. Vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Mediainfo.az