Masallıda seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə maarifləndirici tədbir keçirilib

Masallıda seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə maarifləndirici tədbir keçirilib

18 Sentyabr 2015 18:59
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 18 - də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində İlk dəfə seçkilərdə iştirak edəcək gənclərin maarifləndirilməsi mövzusunda həyata tədbir keçirilib .
Tədbiri giriş nitqi ilə idarənin rəisi Camal Manafov açıb. O qeyd edib ki, ilk öncə ilk dəfə seçkilərdə iştirak edən gəncləri salamlayıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmişdir. Hal-hazırda gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. İnanırıq ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin aktiv şəkildə iştirakı, hər bir vətəndaşın isə seçki hüququndan istifadə edərək öz seçimini etməsi mühüm amildir . Masallı rayonunda ilk dəfə səs verən gənclərin sayının 1500 nəfərə yaxın olduğunu bildirən Camal Manafov çıxışının sonunda seçkilərə ilk dəfə qatılacaq gəncləri təbrik edərək əmin olduğunu bildirdi ki, gənclərimiz onlara verilən seçki hüququnu layiqincə qiymətləndirərək builki seçkilərdə yüksək səviyyədə iştirak edəcəklər.
Sonra Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov çıxış edib. Sözçü bildirib ki, ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri təbrik etdi. Qeyd etdi ki, gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması onlara verilən yüksək dəyərin nümunəsidir.
Tədbirdə daha sonra çıxış edən 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasının katibi Sərxoş Nuriyev Milli Məclisə seçkilərinin tarixindən, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı söhbət açıb. Nəzərə çatdırıb ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunacaq.
Qeyd edək ki, geniş diskussiya şəkilində davam edən tədbirdə ilk dəfə seçkilərdə iştirak edəcək gənclərin marağına səbəb olan suallar cavablandırıldı
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış seçkilərlə bağlı bukletlər paylanıb.
Əlihüseyn Şükürov