Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər

17 Sentyabr 2015 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Elşad Həmidov Qaradağ rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə Apa-ya məlumat verən Elçin Behbudovun sözlərinə görə,monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib: "Polis İdarəsinin binası və müvəqqəti saxlanma yeri təmir olunub. Müasir standartlara cavab verir. Sənədləri yoxladıq hər şey qaydasındadır ".

Mediainfo.az