Narkomaniyadan əziyyət çəkənlərin sosial və tibbi reabilitasiyası gücləndirilib

Narkomaniyadan əziyyət çəkənlərin sosial və tibbi reabilitasiyası gücləndirilib

3 Sentyabr 2015 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Narkomanlığa düçar olmuş vətəndaşların sosial və tibbi reabilitasiyası gücləndirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi statistikaya əsasən 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfərdir. Onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər, onlardan 20 nəfəri qadındır.

25-29 yaş arasında olan şəxslər 3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda, 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir.

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.

Nazirlikdən bildiriblər ki, narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı təsdiq edilib ki, iki proqram tam icra olunub.

Narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran "Narkotiklər barəsində həqiqəti bilin" adlı yaddaş jurnalı və "Alkoqolizm" və "Psixoaktiv maddələrdən asılılıq" adlı bukletlər hazırlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər və rayonlar üzrə şöbələrinə, Bakı şəhərinin ayon polis idarələrinə göndərilib.

Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində orta ümumtəhsil məktəblərdə çalışan həkimlər və orta tibb bacıları üçün gənclər, yeniyetmələr və uşaqlar arasında narkomaniyanın qarşısını alınması, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirilib.

Mediainfo.az