Masallıda 12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş dama turniri keçirilmişdir
6-12 avqust 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş dama turniri keçirilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilən tədbiri Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq iştirakçıları salamlamış və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının müvafiq bəndlərinin Masallı rayonunda icrasının təmin ediləcəyindən danışmışdır. O, bu məqsədilə görülən işlərdən danışaraq cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi ilə idmana göstərdiyi diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışaraq , yarışda iştirak edən gənclərə uğurlar diləmişdir.
12 komandanın iştirak etdiyi yarışda 60 nəfər yeniyetmə və gənc öz gücünü sınayıb .
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda I, II, III yerləri tutan komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Əlihüseyn ŞÜKÜROV


















































.jpg)













































