Mikayıl Cabbarov  Oğuzda qəbul keçirib

Mikayıl Cabbarov Oğuzda qəbul keçirib

31 İyul 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Oğuz rayonunda Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar üçün qəbul keçirib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müraciətlər əsasən iş yerlərinin dəyişdirilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib.

Nazirliyin əməkdaşlarının və müvafiq rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər araşdırılıb, M. Cabbarov qaldırılan məsələlərin həlli üçün müvafiq şəxslərə tapşırıqları verib.Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə araşdırılması üçün müvafiq orqanlara ünvanlanacağı bildirilib.

Mediainfo.az