Biləsuvar RPŞ-nə başçəkmə həyata keçirilib

Biləsuvar RPŞ-nə başçəkmə həyata keçirilib

27 İyul 2015 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Biləsuvar Rayon Polis Şöbənin (RPŞ) Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, başçəkmə zamanı saxlama şəraitinin araşdırılması məqsədilə MSY-ə baxış keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb.

Habelə MPQ üzvləri tərəfindən həmin müəssisədə 8 nəfər saxlanılan şəxs fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.

Havaların isti keçməsi ilə əlaqədar havalandırma və soyutma sisteminin də çalışdığı müşahidə edilib.

Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hər birinə hüquqi məsləhətlər verilib.

Milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Mediainfo.az