Masallıda "Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu" mövzusunda seminar keçirilmişdir
MASALLI. İyulun 14 - də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Masallı rayonun Heydər Əliyev mərkəzində "Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə dahi şəxsiyyət, əvəzolunmaz siyasətçi, Ümummilli Lider Heydər Əliyevin həyatı, ictimiayi-siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının və xüsusilə Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən söz açılmışdır.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən fotostendlər nümayiş olunmuşdur.
Əlihüseyn ŞÜKÜROV
Digər xəbərlər


















































.jpg)













































