Azərbaycan, Gürcüstan və Dərbənd məscidlərində Süleyman Dəmirəl yad edilib

Azərbaycan, Gürcüstan və Dərbənd məscidlərində Süleyman Dəmirəl yad edilib

10 İyul 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün – Cümə günü Azərbaycanın məscidlərində, habelə Gürcüstan və Dərbənddəki məscidlərdə Cümə xütbələrində Türkiyənin tanınmış dövlət xadimi, dünya şöhrətli şəxsiyyət, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi anılıb, onun ruhuna Allahdan rəhmət dilənib, dualar oxunub".

Bu barədə Apa-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə axund və imamlar Azərbaycanı hər zaman əziz tutan, xalqımıza dərin ehtiram bəsləyən, mürəkkəb tarixi məqamlarda qardaş dəstəyini əsirgəməyən unudulmaz insan Süleyman Dəmirəlin xatirəsinin qəlbimizdə, müsəlmanların xatirəsində hər zaman yaşayacağını vurğulayıblar: "Moizələrdə "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycanın rəhbərləri - Süleyman Dəmirəllə ulu öndər Heydər Əliyev arasında olan səmimi dostluq, əsl qardaşlıq münasibətlərinin xalqlarımız üçün dəyərli örnək kimi xüsusi önəm kəsb etdiyi vurğulanıb. Qardaş xalqlarımızın ortaq mənəvi dəyərlərinə hər zaman sayğı nümayiş etdirən Süleyman Dəmirəlin müqəddəs dinimizə olan ehtiramı və qardaş xalqlarımız arasında dini-mənəvi əlaqələrin inkişafına həssaslıqla yanaşması rəğbətlə yad edilib".

Mediainfo.az