Həbsdə olan Arif Yunus tibbi müayinədən keçirilib

Həbsdə olan Arif Yunus tibbi müayinədən keçirilib

7 İyul 2015 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov MTN istintaq təcridxanasında və müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə Apa-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan şəxslərə görüşüblər: "Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Qasımzadə Tünzalə Hüseynağa qızı ilə görüşdük. İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən zaman saxlanılıb. Özünü təqsirli bilir, saxlanma şəraitindən, ona qarşı münasibətdən şikayəti yoxdur, vəkillə təmin olunub. Digər təqsirləndirilən şəxs isə Bakı sakini Həsənov Həsən Ataxan oğludur. O da İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən zaman saxlanılıb. Özünü təqsirli bilir, hər hansı şikayəti yoxdur ".

E. Behbudov orada saxlanılan Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus və Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə də maraqlandıqlarını bildirib : "Arif Yunus kənardan gətirilmiş həkim heyəti tərəfindən tibbi müayinədən keçirilib. Həkimlər bildiriblər ki, vəziyyəti normaldır, hər hansı təhlükə yoxdur. Hacı Məmmədov isə şəkər xəstəliyindən əziyyət çəkir, özünü təbii vasitələrlə müalicə etməsinə baxmayaraq həkimlər onu nəzarətdə saxlayırlar".

Mediainfo.az