Nərimanov rayonunda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirildi

Nərimanov rayonunda “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirildi

24 İyun 2015 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonunda 26 iyun – Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş "Gələcəyə narkotiklərsiz" adlı tədbir keçirilib.

Verilən məlumata görə, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının akt zalında təşkil olunan tədbirdə rayon rəhbərliyinin, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, orta məktəb şagirdlərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılıb, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulayıb.

Mediainfo.az