Arzu Rəhimov Lerikdə vətəndaşlarla görüşəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 18-də Xidmətin Lerik rayon şöbəsinin inzibati binasında Lənkəran, Astara və Lerik rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 17-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Mediainfo.az
Digər xəbərlər


















































.jpg)













































