Deputat: "Belə biabırçılığa son qoyulsun"
"Qanuna əsasən, insanların mülkiyyəti toxunulmazdır. Ancaq son zamanlar evakuatorlar heç bir bildiriş qoymadan insanların avtomobillərini götürürlər. Bu proses çox biabırçı halda yerinə yetirilir".
Bunu "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Etibar Hüseynov söyləyib.
Dünyanın heç bir ölkəsində belə halın yaşanmadığını qeyd edən E. Hüseynov tədbirlərdə iştirak edən insanların da belə hallarla üzləşdiyini vurğulayıb: "Şəhərdə yaşayanlar bu avtomobillərinin hara aparıldığını bilirlər. Ancaq bölgədən gələnlər, yaxud ölkəyə qonaq gələnlər bu avtomobillərin hara aparıldığından xəbərsiz olurlar. Həm də evakuatorlar avtomobilləri elə tələsik götürülür ki, bəzən kənardakı avtomobili zədələyir, avtomobilin özünə zədə dəyir. Biz binada yanğın kimi bir faciə baş verəndə, evakuatorla götürülən avtomobil başqa avtomobilin üzərinə düşüb, insanlar həlak olanda hərəkətə keçməməliyik. Başqa ölkələrdə olduğu kimi həmin avtomobilin vdeogörüntüsü çəkilə, müvafiq yerə ötürülə, sahibi cərimələnə bilər. Yoxsa belə biabırçılığa son qoyulmalıdır. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilməsini təklif edirəm".
Mediainfo.az



















































.jpg)












































