Diqqət! Smartfonlar qəfil ölümə səbəb ola bilər
Dünyanın aparıcı alimləri şüa saçan qurğuların insan orqanizmi üçün son dərəcə təhlükəli olduğu qənaətinə gəliblər. International Business Times-ın məlumatına görə, 200-dən çox tanınmış alim bu barədə BMT-yə rəsmi müraciət göndərib. Müraciətdə bildirilir ki, gündəlik həyatımızda istifadə etdiyimiz şüasaçan qurğular insan orqanizmini hüceyrə səviyyəsində öldürür. Daha doğrusu, hüceyrələrin vaxtından əvvəl qocalması və sıradan çıxması prosesini sürətləndirir. Alimlərin gəldiyi ümumi qənaətə görə, elektromaqnit dalğaları molekulyar səviyyədə katalizator rolunu oynayır. Bu isə o deməkdir ki, planşet, smartfon, noutbuk istifadəçilərinin orqanizmi davamlı olaraq elektromaqnit şüalarının təsiri altında şəkildəyişməyə məruz qalır. Nəticədə, hüceyrələrin DNT-ləri zədələnir.
Columbia University Medical Center-in elektromaqnit dalğaları üzrə aparıcı mütəxəssisi professor Martin Blankın fikrincə, planşet, smartfon, noutbuk istifadəçiləri birbaşa xərçəng xəstəliyinin risk qrupuna aid edilirlər. O, adıçəkilən qurğuların qəfil ölümlərə səbəb olduğunu da vurğulayıb.
Qeyd edək ki, alimlərin birgə imzaladıqları sənəd 2016-cı ilin sonunadək Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən hərtərəfli araşdırılacaq və bu barədə yekun qərar veriləcək.
Mediainfo.az



















































.jpg)












































