FHN sabah Aeroporta təlim keçirəcək

FHN sabah Aeroporta təlim keçirəcək

27 Aprel 2015 18:09
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 28-də Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcəkdir.

FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Mediainfo.az