Qənirə Paşayeva: “Roma papası böyük səhv edib”

Qənirə Paşayeva: “Roma papası böyük səhv edib”

16 Aprel 2015 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatı Qənirə Paşayavanın çağırışından yazıb: "Dünyadakı bütün türk əsilli insanlar oyanmalıdır"

Türkiyənin "Milliyyet" qəzeti azərbaycanlı millət vəkiliQənirə Paşayevanın Avropa Parlamenti qondarma "erməni soyqırımı " ilə bağlı qəbul etdiyi qətnaməyə etirazı barədə yazıb. Musavat.com xəbər verir ki, Q.Paşayeva "saxta və ədalətsiz" adlandırdığı bu qərara AŞPA-nın iclasında etiraz edəcəklərini bildirib. DHA-ya açıqlamasında Q.Paşayeva bildirib ki, ümumiyyətlə bu qərara dünyada yaşayan bütün türklər tərəfindən etiraz edilməlidir. Onun sözlərinə görə, Avropada yaşayan türk əsilli insanlar yaşadığı ölkələrdə bu müzakirələrə dəstək vermiş deputatlara və Avropa Parlamentinə etiraz etməlidirlər: "Avropa Parlamentinin yalanlarla bağlı qərarını heç bir türk tanımayacaq və qəbul etməyəcək. Bəzi Avropa ölkələrinin qondarma erməni soyqırımı yalanlarını öz mənafeləri üçün necə istifadə etdiklərini bir daha üzə çıxdı. Yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada həqiqətləri daha çox deməkdir. Ermənistan ermənilərin Qarabağda, Xocalıda açdıqları yaranı, soyqırımı türk mənşəli bütün insanlar dünyaya çatdırmalı, yalanlara qarşı həqiqətlərlə mübarizə daha da genişləndirilməlidir".

Qəzetin yazdığına görə, Q.Paşayeva həmçinin bütün müsəlman dini liderləri də bu məsələ ilə bağlı etiraza çağırıb: "Tarixdə olmayan hadisələri, yalanları həqiqət kimi danışmaq özünə din adamı deyən birinə yaraşmır.Roma papası böyük səhv edib. Bütün dünyada yaşayan türk əsilli insanlar oyanmalıdır. Qondarma erməni soyqırımı iddialarının arxasında necə bir oyun oynanıldığını görmüşük və onun qarşısında duruş gətirə bilmək üçün fəaliyyətimizi artırmalıyıq".

Mediainfo.az