Ombudsman əməkdaşları hərbi hissəyə baxış keçiriblər

Ombudsman əməkdaşları hərbi hissəyə baxış keçiriblər

2 Aprel 2015 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ombudsman Aparatının əməkdaşları FHN Mülki Müdafiə Qoşunlarının Şamaxıdakı "N" saylı hərbi hissəsinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, hərbi hissənin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, tibbi xidmətlərin keyfiyyəti müsbət qiymətləndirilib.

Mülki Müdafiə Qoşunlarının bu hərbi hissəsində əsaslı təmir işləri aparılıb.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətində fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbət aparıb.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.

Mediainfo.az